Fizioterapevtik prosedurlar müxtəlif sistem və orqanların xəstəliklərinin müalicəsində əlavə vasitə kimi geniş istifadə olunur. Onlar əməliyyatdan sonra və xəstənin keçirdiyi xəstəlik və ya travmadan sonra reabilitasiya dövründə istifadə edilir. Fizioterapiya sayəsində müalicənin effektivliyi artır və sağalma prosesi daha sürətli gedir.
TİBBİ TƏSİRLƏR
• Limfodrenaj
• Sedativ (sakitləşdirici)
• Qan dövranının normallaşması
• İltihab əleyhinə
• Sinir və əzələ stimulyasiyası
• Ağrının aradan qaldırılması
TİBBİ METODLAR
• Elektroterapiya
• Ultrasəs
• Elektrostimulyasiya
• Dartılma (mexaniki)
• Maqnitoterapiya
• Müalicəvi masaj
• Manuall terapiya
• Detoksikasiya
• Biopunktura
• Biorezonans
• Reabilitasiya
FİZİOTERAPİYAYA ƏKSGÖSTƏRİŞ OLAN VƏZİYYƏTLƏR
Fizioterapiyaya əksgöstəriş olan vəziyyətlər mütləq və nisbi olmaqla iki növə ayrılır.
Mütləq əksgöstərişlər:
• Bədən hərarətinin yüksəlməsi.
• Hemorragik sindrom.
• Miyelodisplastik sindrom.
• Epilepsiya.
• Hemolitik sindrom.
• Ürək-damar və tənəffüs sistemlərinin dekompensasiya vəziyyəti.
• Böyrək və qaraciyər çatışmazlığının dekompensasiya vəziyyəti.
• Zəifləmiş vəziyyət.
Nisbi əksgöstərişlər:
• Qan xərçəngi xəstəlikləri.
• Narkotiklərdən istifadə edən şəxslər.
• Təcili tibbi müdaxilə tələb edən təcili hallar.
• Bəzi xəstəliklərin kəskin dövrü.
• Hamiləliyin son dövrləri.
• Təsir sahəsində metal implantların mövcudluğu.
• İltihabi proseslər və bəzi dermatoloji xəstəliklər.
TƏTBİQ EDİLƏN METODLAR
Fizioterapiya tətbiq olunarkən aşağıdakı təsir faktorları istifadə oluna bilər:
• Daimi və dəyişən toklar.
• Maqnit sahə.
• Elektromaqnit şüalanma.
• Elektrik sahə.
• İstilik.
• Soyuq.
• Yüksək və ya aşağı təzyiq.
• Fərqli mənşəli mexaniki titrəyişlər, o cümlədən masaj, ultrasəs təsiri və s.
• Ultrabənövşəyi və infraqırmızı şüalanma.
Düzgün istifadə edildikdə bu metodların yan təsirləri yoxdur. Lakin bəzi hallarda fizioterapevtik metodlarla birlikdə istifadə olunan dərmanlara qarşı allergik reaksiyalar meydana çıxa bilər.
PROSEDURLARIN TİPLƏRİ
• İşıq müalicəsi — müəyyən spektrli işıq dalğaları, o cümlədən infraqırmızı və ultrabənövşəyi. İşıq dalğaları toxumalara nüfuz edir və onların lokal istiləşməsinə və biokimyəvi proseslərin aktivləşdirilməsinə səbəb olur.
• Ultrasəs təsiri. Vibrasiya massaja bənzər təsir göstərərək iltihabəleyhinə və sorucu təsir yaradır. Bir istiqaməti də zərbə-dalğa terapiyasıdır. Ultrasəs, dərman preparatlarının təsirini gücləndirmək və onları toxumalara çatdırmaq üçün istifadə olunur.
• Maqnitoterapiya. Angiotrofik, iltihabəleyhinə təsir göstərir, toxuma regenerasiyasını gücləndirir.
• Yüksək və aşağı temperatur təsiri — iltihabəleyhinə təsir göstərir, lokal qan dövranını gücləndirir.
• Elektroterapiya. Elektrik sahə ilə təsir edən çoxsaylı fizioterapevtik metodlar var, o cümlədən elektroforez, darsonval, elektroson, Bernar cərəyanları və digərləri. Bu metodlar müxtəlif patologiyalarda tətbiq olunur.
Fizioterapevtik müalicə bir neçə prosedurdan ibarət bir kurs şəklində həyata keçirilir. Onlar 15-20 dəqiqədən 2-2.5 saata qədər davam edə bilər.