70 illik müdriklik, qayğı və peşəkarlıq
Bu gün OKİ Hospital ailəsi olaraq dəyərli terapevtimiz, illərin təcrübəsinə və yüksək insani keyfiyyətlərə sahib olan Dr. Tamerlan Şirinovu 70 illik yubileyi münasibətilə təbrik etdik.
Dr. Tamerlan Şirinov minlərlə insanın ümid yeri, neçə-neçə gənc həkimin ilham mənbəyi, kollektivimizin isə mənəvi dayağıdır. Hər bir pasiyentə göstərdiyi diqqət və qayğı, illərdir dəyişməyən səmimiyyəti və peşəkar yanaşması onu fərqləndirən əsas xüsusiyyətlərdəndir.
OKİ Hospital komandası olaraq Tamerlan doktora möhkəm can sağlığı, firavan ömür və yeni-yeni uğurlar arzulayırıq!