OKİ Hospital

Klinika xəbərləri

OKİ Hospitalda “Tibbdə Ünsiyyət Bacarıqları” mövzusunda təlim keçirildi

Təlim zamanı pasiyentlə ünsiyyətin beynəlxalq standartlara uyğun qurulması və peşəkar bacarıqların inkişafı müzakirə olundu

Bu gün OKİ Hospital-ın tibbi qeydiyyat bölməsinin tibbi koordinatorları və tibb bacıları üçün "Tibbdə Ünsiyyət Bacarıqları" mövzusunda təlim keçirildi. Təlimin məqsədi – xəstə ilə ünsiyyət qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə peşəkar bacarıqların inkişaf etdirilməsi idi.


Təlim zamanı iştirakçılara beynəlxalq tələblər nəzərə alınmaqla aşağıdakı mövzular üzrə ətraflı məlumat verildi:

• Tibbi qeydiyyatçının prioritet rolları və məsuliyyətləri

• Pasiyent ilə mərkəzləşmiş ünsiyyət

• Pasiyent mərkəzli model

• Münasibətlər (məxfilik, şəxsi görünüş)

• Pasiyent ilə yaranan ünsiyyət çətinliklərinin idarə olunması

• Pasiyenti anlamaq prinsipinin ən vacib şərtləri

• Dörd bioetik prinsipə əməl etmək

• SBAR-söhbətləri çərçivəyə salmaq qaydası nəyə əsaslanır?

• Ünsiyyət üslubunun tənzimlənməsi nəyə əsaslanır?



Unutmayaq ki, əsl komanda ruhu bütün üzvlərin ümumi məqsədə doğru birlikdə irəlilədikdə yaranır.


Təlimçi: MediClub MMM-nin tibbi təhsil və tədris üzrə meneceri Şirinov Sevindik.