OKİ Hospital

Klinika xəbərləri

OKİ Hospitalda AMİCC-in “Minimal Invaziv Cərrahiyyədə Son Nailiyyətlər” mövzusunda növbəti regional konfrans.

08 fevral 2025 tarixində Qusar rayonunda, OKİ Hospitalda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in “Minimal Invaziv Cərrahiyyədə Son Nailiyyətlər” mövzusunda növbəti regional konfransı keçiriləcəkdir.

Tədbir zamanı minimal invaziv cərrahiyyənin aktual problemlərinə həsr olunmuş maraqlı məruzələr oxunacaq. Eləcə də Almaz Akademie Tibbi Treninq Mərkəzi tərəfindən regiondan gələcək həkimlərimiz üçün ümumi cərrahiyyə, urologiya, ginekologiya, invaziv radiologiya, invaziv endoskopiya ixtisasları üzrə canlı əməliyyatlar və prosedurlar icra olunaraq Zoom və Youtube platformaları üzərindən canlı yayımlanacaqdır.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 8 Davamlı Tibbi Təhsil balı ilə qiymətləndirilmişdir.

Tədbirdə iştirak üçün qeydiyyat online aparılır və yerlərimiz məhduddur. Son qeydiyyat tarixi 06.02.2025.


Tədbirin proqramı ilə aşağıdakı linkdən tanış ola bilər və qeydiyyatdan keçə bilərsiniz.

Hər kəsin nəzərinə çatdırırıq ki, tədbirdə iştirak ödənişsizdir.

Tədbirin proqramı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://drive.google.com/file/d/1C361wA3Xpz0gnJKMoA0XWJjNnh0pTTM5/view?usp=sharing

Qeydiyyat linki: https://forms.gle/EkYQJhJ1XSriBfVJAa