OKİ Hospital

Klinika xəbərləri

"OKİ Hospital" - "Şahdağ" Turizm Mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokunun Rəsmi Tərəfdaşıdır

"Şahdağ" Turizm Mərkəzində 26 ölkədən 130-a yaxın idmançının iştirakı ilə Xizək Alpinizmi üzrə Dünya Kuboku keçirilir.

"Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kuboku keçirilir. Yarışda 26 ölkədən 130-a yaxın idmançı sprint, vertikal və individual növlər üzrə mübarizə aparacaq. Dünya Kubokunun Azərbaycanda keçirilməsi ölkəmizin idman tarixi üçün mühüm hadisədir. Bu yarış idmançıların bacarıq və əzmini nümayiş etdirməklə yanaşı, onları bir araya gətirərək dostluq və həmrəylik dəyərlərinin təbliğinə xidmət göstərir. Oyunların rəsmi tərəfdaşı olan "OKİ Hospital" bütün iştirakçılara uğurlar arzulayır! Peşəkar komandamız hər an yanınızdadır!