OKİ Hospital

Klinika xəbərləri

Şahdağda ilkin tibbi yardım üzrə təlim keçirildi

OKİ Hospital tərəfindən təşkil olunan təlim xizəkçilər və idmançılar üçün təcili tibbi yardım bacarıqlarının artırılmasına yönəlib

Şahdağ Mountain Resort ərazisində ilkin tibbi yardım üzrə təlim keçirilib. Təlim OKİ Hospital tərəfindən təşkil olunaraq yamaclarda xəsarət alan idmançılara və xizəkçilərə təcili tibbi yardımın göstərilməsi mövzusuna həsr edilib.


Qarşıdan gələn yarışlar öncəsi bu kimi təlimlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə iş yükü, risklər və məsuliyyət əhəmiyyətli dərəcədə artır.


Hadisə yerində operativ qərar vermək və düzgün müdaxilə göstərmək yüksək hazırlıq, dərin bilik və məsuliyyət tələb edir. Bu cür nəticələrin arxasında daim öz üzərində çalışan, bilik və bacarıqlarını təkmilləşdirən peşəkar tibbi heyət dayanır.